Putin Paşinyanla Qarabağ razılaşmaların müzakirə edib

  24 İyun 2021    Oxunub :416
Putin Paşinyanla Qarabağ razılaşmaların müzakirə edib
Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.
Azvision.az Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Qarabağla bağlı razılaşmaların icrasını müzakirə ediblər.

“Dağlıq Qarabağ mövzusunda fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının ardıcıl həyata keçirilməsinin vacibliyi vurğulandı. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək”, - məlumatda bildirilir.

Rusiya lideri, həmçinin Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi" partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VladimirPutin   Qarabağ  






Xəbər lenti