Krasnodardakı otellər yalnız peyvənd olunmuş qonaqları qəbul edəcək

  24 İyun 2021    Oxunub :312
Krasnodardakı otellər yalnız peyvənd olunmuş qonaqları qəbul edəcək
Rusiyanın Krasnodar vilayətindəki otellər yalnız peyvənd olunmuş qonaqları qəbul edəcək.
Azvision.az xəbər verir ki, bu barədə bölgənin qubernatoru Veniamin Kondratyev deyib.

Onun sözlərinə görə, 1 iyuldan etibarən Krasnodar vilayətinin otel və mehmanxanalarında yerləşmək üçün mənfi PCR testi və ya peyvənd sertifikatı tələb olunacaq. Avqustun 1-dən isə yalnız vaksin sertifikatı olan qonaqlar qəbul ediləcək.

O, hazırda bölgədə COVID-19-a yoluxma hallarının çoxaldığını, xəstəxanaya yerləşdirililənlərin sayının artdığını bildirib.

"Bununla əlaqədar olaraq 1 iyul tarixindən etibarən otellərdə, mehmanxanalarda, pansionatlarda, sanatoriyalarda və uşaq düşərgələrində istirahət edənlərin qəbulu barədə qərar verdik. Yalnız mənfi PCR testi və ya koronavirusa qarşı peyvənd olunduğunu təsdiqləyən sənədi olanları qəbul edəcəyik. 1 avqustdan bu tədbir sərtləşdiriləcək, tibbi əks göstərişi olanlar istisna təşkil etməklə, qonaqlardan yalnız peyvənd sertifikatı tələb olunacaq", - qubernator söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər:






Xəbər lenti