Britaniya səfiri Rusiya XİN-ə çağırılıb

  24 İyun 2021    Oxunub :297
Britaniya səfiri Rusiya XİN-ə çağırılıb
Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfir Qara dənizdə Britaniyanın “Defender” esminesinin Rusiyanın ərazi sularını pozduğuna görə nazirliyə çağırılıb.

"Səfirə sərt etiraz çatdırılacaq", - Zaxarova deyib.

Xatırladaq ki, iyunun 23-də Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında Britaniyanın “Defender” esminesi Rusiyanın ərazi sularını pozub. Sahil mühafizəsi gəmiləri onun qarşısını kəsiblər, “Su-24M” bombardmançı təyyarəsi isə gəminin qarşısına 4 qəlpəli-fuqas bombası atıb. Bundan sonra esmines geri dönüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BöyükBritaniya   Rusiya  






Xəbər lenti