Amerikalılar COVID-19-un laboratoriyada yaradılmasına inanırlar

  24 İyun 2021    Oxunub :294
Amerikalılar COVID-19-un laboratoriyada yaradılmasına inanırlar
Amerikalıların əksəriyyəti COVID-19-un süni şəkildə meydana çıxmasına inanır.
Azvision.az xəbər verir ki, "Fox News"un keçirdiyi sorğunun nəticələrinə görə əksəriyyət virusun laboratoriya şəraitində yaradıldığını göstərib. Respondentlərin 60% -i COVID-19-un alimlər tərəfindən hazrılandığını və Çindəki bir laboratoriyadan sızdırıldığını düşünür. Öz növbəsində, respondentlərin 31% -i koronavirusun təbii mənşəli olduğuna inanır.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden "G7" zirvəsində koronavirusun mənşəyi ilə bağlı konkret bir fikrinin olmadığını söyləmişdi.

Tural Tağıyev

Azvision.az

Teqlər: Virus  






Xəbər lenti