Filippinin sabiq prezidenti vəfat edib

Filippinin sabiq prezidenti vəfat edib
  24 İyun 2021    Oxunub:786
Müxtəlif xəstəliklərdən əziyyət çəkən Filippinin sabiq prezidenti Beniqno Akino 61 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə "ABS-CBN" mediaqrupa sabiq prezidentin ailə üzvü məlumat verib.

Qeyd olunub ki, sabiq prezident bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib və ürək çatışmazlığından vəfat edib. Onun, həmçinin ağciyər xərçəngindən və böyrək çatışmazlığından əziyyət çəkdiyi vurğulanıb.

Akino Filippinin keçmiş lideri Korason Akinonun (1986-1992) yeganə oğul övladı olub.
O, 2010-2016-cı illərdə ölkə prezidenti vəzifəsində çalışıb. Onun zamanında ölkənin orta illik iqtisadi göstəriciləri 6% -dən çox artmışdır ki, bu da 1970-ci illərdən bəri ən yüksək hədd hesab olunurdu.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Filippin  





Xəbər lenti