Pentaqon KXDR-lə dialoqa hazır olduğunu bəyan edib

  24 İyun 2021    Oxunub :292
Pentaqon KXDR-lə dialoqa hazır olduğunu bəyan edib
ABŞ hökuməti Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə dialoqa hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol bildirib.

"Biz, onlarla dialoqa açıq olduğumuzu aydın şəkildə bildirdik”, - Pentaqon rəsmisi deyib.

Onun sözlərinə görə, KXDR-dən son həftələrdə təkliflə bağlı "qarışıq siqnallar" alırlar.

Kol hesab edir ki, ölkələr arasındakı dialoq kütləvi qırğın silahları mövzusu kimi praktik hədəflərə istiqamətlənməlidir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   KXDR   Dialoq  






Xəbər lenti