"Ermənistandakı böhran həll olunmayacaq"- Kolerov

   "Ermənistandakı böhran həll olunmayacaq"-   Kolerov
  22 İyun 2021    Oxunub:3215
Ermənistanda növbədənkənar parlament seçkiləri yekunlaşandan sonra ölkənin gələcək taleyi ilə bağlı bir sıra suallar meydana çıxıb.
Azvision.az xəbər verir ki, yerli mediaya müsahibə verən rusiyalı politoloq Modest Kolerov İrəvandakı siyasi proseslərin ürəkaçan olmadığına işarə vurub. Onun sözlərinə görə, parlament seçkilərində vətəndaşların yalnız dörddə biri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi"nə səs verib.

Analitik bildirib ki, ölkəyə yenidən rəhbərlik edəcək Paşinyan qeyri-sabit bir siyasətçidir. Seçkilərdən sonra Moskva ilə İrəvanın münasibətlərinin necə olacağına dair suala gəldikdə isə, Modest Kolerov Ermənistanın Rusiya bazasının əraziləri tərk etməyi tələb etməyincə, bu münasibətlərin dəyişməyəcəyini qeyd edib. Kolerov İrəvandakı ağır siyasi böhranın həll yolunu necə gördüyünü də cavablayıb:

“Gördüyünüz kimi, Paşinyan minimal legitimlik şəraitində parlamentdə konstitusiya çoxluğunu qazandı. Bu isə, ölkədəki böhranın həll olunmayacağı deməkdir".

Xatırladaq ki, iyunun 20-də keçirilmiş erkən seçkilərdən sonra yeni formalaşan parlamentdə üç siyasi qüvvə - "Vətəndaş müqaviləsi", "Ermənistan" bloku və "Şərəfim var" bloku olacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Seçki   Böhran  





Xəbər lenti