Malidə hücum zamanı üç fransalı əsgər yaralanıb

  21 İyun 2021    Oxunub :372
Malidə hücum zamanı üç fransalı əsgər yaralanıb
Malidə hücum zamanı üç fransız əsgər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralılar helikopterlə Qao şəhərindəki “Barxan” bazasına təxliyyə edilib.

Bundan əvvəl "Barxan" antiterror əməliyyatı çərçivəsində fəaliyyət göstərən fransız hərbçilərinin Malinin mərkəzindəki Qossi bölgəsində avtomobilin partladılması nəticəsində yaralandıqları barədə məlumat verilmişdir.

Afrikanın Sahel bölgəsində yerləşən Mali terror fəaliyyətləri və qanunsuz miqrasiya səbəbiylə Afrikanın ən problemli dövlətlərindən birinə çevrilib. 2014-cü ildə Fransa bölgədə “Barxan” antiterror əməliyyatına başlayıb. Bu missiyanı Burkina- Faso, Mavritaniya, Mali, Niger və Çadı əhatə edən “Sahel beşliyi” (G5) regional quruluşu tərəfindən dəstəklənir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Mali   Fransa   Əsgər  






Xəbər lenti