Ermənistanda seçicilərə rüşvət verən şəxs saxlanılıb

 Ermənistanda seçicilərə rüşvət verən şəxs saxlanılıb
  21 İyun 2021    Oxunub:1420
Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı bir sıra neqativ hallar aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb. Qeyd edilir ki, Ararat bölgəsinin Masis rayon sakinlərindən biri Ermənistanda seçkilər zamanı seçicilərə rüşvət verməkdə şübhəli bilinərək saxlanılıb.

"Bir qrup şəxsin Masis sakinlərinə seçkilərdə siyasi bloklardan birinin lehinə səs verməsi üçün 20 min dram rüşvət verdiyinə dair dəlillər əldə edilib. Bu hərəkətləri törətməkdə şübhəli bilinən vətəndaş K.G.-saxlanılıb",-deyə xəbərdə bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rüşvət   Seçki   Ermənistan  





Xəbər lenti