Rusiyada virusdan daha 440 nəfər ölüb

Rusiyada virusdan daha 440 nəfər ölüb
  21 İyun 2021    Oxunub:694
Rusiyada son sutka ərzində koronavirusa 17 378 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 334 204 nəfərə çatıb.

Rusiyada son bir gündə 440 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 129 801 nəfərdir. İndiyədək 4 878 333 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.


Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti