Aİ sammitində Belarusa qarşı sanksiyalar müzakirə ediləcək - Borell

Aİ sammitində Belarusa qarşı sanksiyalar müzakirə ediləcək -  Borell
  21 İyun 2021    Oxunub:1526
Belarusa qarşı iqtisadi sanksiyaların 24-25 iyun tarixlərində Avropa İttifaqının sammitində razılaşdırılacağına ümid edirəm.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

"Bu gün Aİ XİN Şurasının iclasında qurumun növbəti sammitində Avropa İttifaqı Şurasına təqdim ediləcək iqtisadi sanksiyalardan danışacağıq. Aİ Şurası bildiyiniz kimi, son qərarları vermir, ancaq siyasi bir qərar qəbul edir", - Borell bildirib.

O, sanksiyalarla bağlı tədbirlər paketinin artıq işçi qruplarında müzakirə edildiyini, ancaq siyasi qərarın Aİ zirvəsində veriləcəyini vurğulayıb.

"Sanksiyalar iqtisadiyyatın müəyyən sahələrinə təsir edəcək. İqtisadi sanksiyalar barədə qərar qəbul etmək Belarusa qarşı ciddi bir addımdır. Adətən biz, fərdi məhdudlaşdırıcı tədbirlərlə kifayətlənirdik. Bu da başadüşüləndir, çünki iqtisadi tədbirlər əhaliyə təsir edir. Biz heç bir günahı olmayanlara zərər verməməyə çalışırıq. Ancaq müəyyən bir anda təəssüf ki, sadə insanlara da təsir edəcək daha sərt tədbirlər görmək lazımdır. Buna səbəb həm də Belarus hakimiyyətinin öz davranışlarını dəyişdirməməsidir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər:   Belarus   Sanksiya  





Xəbər lenti