Şamil Süleymanov Anarla Ramiz Rövşənin sirrini açdı - MÜSAHİBƏ

Şamil Süleymanov Anarla Ramiz Rövşənin sirrini açdı - MÜSAHİBƏ
  12 Mart 2014    Oxunub:14310
Şamil Süleymanova zəng edib müsahibə almaq istədiyimi bildirən də aktyor öncə jurnalistlərdən xeyli şikayətləndi. Bildirdi ki, qələm əhli daha çox qalmaqal dalınca qaçır, xəstələnən, yataqda yatan həmkarlarına dəstək olmurlar. Ramiz Əzizbəylinin yataqda olmasından, jurnalistlərin Xalq artisitinə az dəstək olmasından narazılığını bildirdi.
Daha sonra isə görüşməyə ehtiyac olmadığını, bu illər ərzində sənəti ilə bağlı xüsusi maraqlı məqamları elə telefon vasitəsi ilə də çatdıra biləcəyini vurğuladı.
Aktyorun söhbətindən maraqlı məqamları oxucularımıza təqdim edirik.

- Bəxtim onda gətirib ki, bütün ilklərə mən imza atmışam. Mənim yaradıcılığım “Baladadaşın ilk məhəbbəti”dəki Baladadaş rolu ilə başlayıb. Bu, diplom işi idi. Və tale elə gətirdi ki, bu bizim hamımızn həyatında bir dönüş yaratdı.

)

Daha sonra rejissor Fikrət Əliyevin bütün filmlərində mən rol aldım. Çünki onun ilk işində mənim ayağım düşərli olmuşdu. Sonra, uzun illər keçəndən sonra rejissor Cahangir Mehdiyevin diplom işində çəkildim. Və belə götürəndə, bütün diplom işlərində mən çəkilmişəm. Bütün məşhur rejissorların ilk işlərində iştirak etmişəm.



Bu yaxında qəribə bir hadisə oldu. Almaniyada yaşayan azərbaycanlı tələbə Elmar İmanov mənə zəng etdi ki, Şamil müəllim bəs mən sizinlə görüşmək istəyirəm, Bakıya gəlirəm. Mən diplom işi çəkirəm, sizin ayağınız düşərlidir, istəyirəm ki, sizi çəkək. Mən də zarafata salıb dedim ki, bəlkə “Oskar” aldınız, ayağım düşərli oldu. Hamı gülüşdü. Üstündən bir il keçəndən sonra eşidirəm ki, həmin bu filim tələbə “Oskar”ı alıb. Həmin o festivalın və Avropanın bir nömrəli diplom işi kimi yer tutub.

Mənim üçün maraqlı olan hadisə budur ki, sonradan rejissor Elxan Cəfərovun ilk bədii filmində mən böyük həvəslə çəkilmişəm və onun komandasına düşmüşəm. Fikrət Əliyevin ilk filminə düşdüyümə görə onun aktyorlar truppasına, yəni Cahangir Mehdiyevlə bu gün də dostluğumuzu davam edirəm. Diplom işləri ən ağır və çətin anlardır. Diplom işinin müvəffəqiyyətləri çətin olur. Çünki hamı ona tələbə kimi yanaşır və müvəffəqiyyətli olanda çox gözəl olur.



Deyilənlərə görə, Vaqif Mustafayev kimi rejissorumuz “Bəyin oğurlanması” filmi ilə diplom işini müdafiə edib. Mən bununla fəxr ediəm ki, hamının diplom işində və ilk işində iştirak etmişəm. Allah qoysa, belə gedəcək.

Ürəyimdən həmişə keçirdi ki, kaş, belə bir şey olardı ki, mən öz adımla filmə çəkiləydim. Mən öz adımla düz altı dəfə Şamili oynamışam. Və bunu 7-yə qaldırmaq fikrim var. Həmçinin ən böyük arzularımdan biri olub ki, mən ekranda bir dəfə də olsa ölüm. Bir neçə dəfə ölmüşəm.



Şamil Süleymanov öz yaradıclıqından danışmaqla yanaşı, filmlərdə rol alan yazıçılarımızla bağlı maraqlı məqamlarından da söz açdı:

-Məşhur rejissorların kinoya çəkilməsi adi bir hal alıb. Amma tanınmış yazıçıların kinoya çəkilməsini birinci dəfə sən yazacaqsan, qızım. Çünki bunu heç vaxt mən deməmişəm. Ancaq indi sənə bunu maraqlı bir hadisə kimi deyirəm. Yazıçı Anar da filmə çəkilib. “Dantenin Yubileyi”də yazıçı Anar sadəcə yolu keçir. Daha sonra filmlərin birində də tamaşaçıların arasında oturub baxır.



Eləcə də Ramiz Fətəliyev kimi yazıçı, kinodramaturq mozalanda çəklib. Bunların içində ən dolğun obraz yaradanı mərhum yazıçımız İsi Məlikzadə olub.
“Harayacan qaçacaqlar ” filmində Tacir rolunu oynayıb. Çox gözəl rol olub.



Yazıçıların rol oynamsı Cəfər Cabbarlıdan qalıb. Cəfər Cabbarlı bir dəfə az qalıb ki, “Şeyx Sənan”ı oynasın. Çünki aktyorun biri - Abbas Mirzə xəstələnibmiş. Və tamaşanı ləğv etmək isyəyibilər. C. Cabbarlı razı olmayıb və bildirib ki, “mən onun sözlərin də bilirəm, rolu oyanaya bilərəm”. Özü geyinib qrimlənib, dövlət dram tearının səhnəsinə çıxmağa hazırlaşıb. Və hamıya elan ediblər ki, Cəfər özü səhnəyə çıxacaq. Və bu an Ülvi Rəcəb özünü yetirib. Artıq Cəfərin səhnəyə çıxmasına ehtiyac qalmayıb. Sonralar tamaşaçılar o teatrın biletini yadigar saxlayıblar ki, az qalai səhnəyə Cəfər Cabbarlı cıxacaqdı.

Yazıçının rol oynaması çox çətin məsələdir. Onların içərisində ən gözəl rolu İsi Məlikzadə oynayıb. Daha sonra o, şansı olsa da, ikinci rolu - Mirzə Səfəri oynamaqdan imtina edib.

Mənim də bir xöşbəxt anım var - dünyada ən çox sevdiyim, gözümün işığı, şair dostum Ramiz Rövşən, filimlərin birində mənim adımı səsli formada çəkir . Bu, `Papaq` filmində olub. “Bu bəyzadələr də yaxşı hərifləyiblər Şamili ” – sözünü həmin filmdə Ramiz Rövşən deyir. Çünki aktyor gəlməmişdi, heç kim o sözü yaza bilmirdi. Ramiz Rövşən o sözü özü yazdı.



Və mən də onun ayaqlarına yıxılıb dedim ki, “ay dədə, axı sən məni çox istəyirsən”. Bu gün filmin o yerini mən dünyanın heç bir filminə dəyişmərəm. Çünki orada Ramiz Rövşənin səsi gəlir. Və bu, Ramiz Rövşənin səsində və dilində nəsildən-nəslə keçəcək. Bundan böyük xöşbəxtlik yoxdur.

Aktyor sənətimdə mənim üçün yadımda qalan xatirələrdən biri də Hüseyin Cavid haqqında film çəkilərkən olub. Filmdə mənə bir rol vermişdilər: aktyor Abbas Mirzənin üzünə durmalıydım, onu satmalıydım. Bax, mən onda etiraz etdim ki, Abbas Mirzənin yuxuda da üzünə dura bilmərəm. Rejissor məndən küsdü. Dedi bu, aktyor danışığı deyil. Rejissor Ramiz Həsənoğluna dedim ki, “Sənin atan Həsənağa Mirzəyev mənə dərs deyib, bildirib ki, teatr nağıldır. Öz nağlınızı qorurmayacaqsınısa, bu sənətə getməyin”. Hesab et ki, Abbas Mirzə nağılı da mənim nağılımdır. Mən bu rolu oyanaya bilmərəm”.



Şahanə RƏHİMLİ
AzVision.az



Teqlər:  





Xəbər lenti