"Seçki ermənilərə düşünmək üçün şans verdi" - Yevgeni Mixaylov

 "Seçki ermənilərə düşünmək üçün şans verdi" -  Yevgeni Mixaylov
  21 İyun 2021    Oxunub:2255
"Nikol Paşinyan Qarabağla bağlı əldə edilmiş razılaşmaları ölkəsinin xeyirinə çevirə bilər"
Azvision.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

“Bu keçid dövründə ölkəni sülhə və sabitliyə aparmaq lazımdır. Ermənistan revanşist və milliyyətçi çağırışları unutmalı, Azərbaycan və Türkiyə ilə sərhədləri açmalıdır. O zaman sülh şəraitində yaşayan normal dövlətə çevrilə bilər. Hələ ki, bu, baş verməyib. Hesab edirəm ki, seçkilər Ermənistana düşünmək üçün şans verdi. Regionda müəyyən dəyişikliklər baş verir. Paşinyan xalqının rifahı artırmaq və ölkəsinin sabit, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəyə çevirə bilmək üçün bu şansı dəyərləndirməlidir. Qonşuları Ertmənistanın daha düşmən olmadığına əmin olarsa, iqtisadi məkanlarını onun üzünə açacaqlar".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Seçki   YevgeniMixaylov  





Xəbər lenti