“Avro-2020”: İtaliya millisi Uelsi məğlub edib

  20 İyun 2021    Oxunub :477
   “Avro-2020”:     İtaliya millisi Uelsi məğlub edib
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turuna start verilib.
Azvision.az xəbər verir ki, turun açılış oyunda A qrupunda yer alan İtaliya və Uels milliləri üz-üzə gəlib. Romadakı “Olimpico” stadionunda baş tutan görüş italyanlıların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 39-cu dəqiqədə Matteo Pessina olub. O, Marko Verattinin cərimə meydançasına ötürməsini bir toxunuşla qola çevirib. Bu qələbən sonra İtaliya millisi A qrupunda 9 xal toplayıb, Uels isə 4 xalla qrup mərhələsini ikinci pillədə başa vurub.

Azvision.az

Teqlər: İtaliya   UELS  






Xəbər lenti