İsrail peyvənd olunmuş turistlər üçün sərhədlərini açır

İsrail peyvənd olunmuş turistlər üçün sərhədlərini açır
  20 İyun 2021    Oxunub:871
Peyvənd olunmuş əcnəbi turistlər 1 iyuldan etibarən İsrailə səfər edə biləcəklər.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İsrailin daxili işlər naziri Aelet Şakedin bu gün bildirdiyi kimi, peyvənd olunmuş turistlər mövcud viza rejiminin tələblərinə uyğun olaraq İsrailə gələ biləcəklər.
Sakinlərinə belə bir fürsət veriləcək ölkələrin və təsdiq edilmiş peyvəndlərin siyahısı əlavə olaraq yayımlanacaq", - nazirliyin açıqlamasında vurğulanıb.

Bundan əvvəl ABŞ-dan 12 xristian zəvvardan ibarət ilk xarici turist qrupunun İsrailə gəlməsi barədə məlumat verilib.

İsrail 2020-ci ilin mart ayında xarici turistlər üçün sərhədləri bağlayıb. 2021-ci ilin yanvarından fevralına qədər geri dönən israillilər də daxil olmaqla Ben Qurion hava limanı tamamilə bağlanmışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   Səfər  





Xəbər lenti