Erməni millət vəkili seçki məntəqəsində dava saldı- Video

   Erməni millət vəkili seçki məntəqəsində dava saldı-    Video
  20 İyun 2021    Oxunub:1024
"Vətəndaş müqaviləsi" partiyasının üzvü Rüstəm Bakoyan seçki məntəqəsində dava salıb.

Azvision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Mediaport" Telegram kanalı məlumat yayıb.
"Hökumətyönlü qruplar hal-hazırda seçki məntəqələrində gəzir. Onlar müxalifət nümayəndələrini qarşıdurmalara təhrik edir ki, polis həmin şəxsləri sürətlə məntəqədən
uzaqlaşdırsın",-deyə Telegram kanalı yazır.



Qeyd edək ki, bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti