"Hələ belə şey olmamışdı" - Paşinyana xəbərdarlıq edildi

"Hələ belə şey olmamışdı" -  Paşinyana xəbərdarlıq edildi
  20 İyun 2021    Oxunub:2545
Ermənistan Mərkəzi Seçki Komissiyası "Vətəndaş müqaviləsi" partiyasına və Nikol Paşinyana Sükut gününü pozduğuna görə xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, bu barədə "Ermənistan" blokunun bəyanatında deyilir. Qeyd edilir ki, Paşinyanın tərəfdarları dünəndən bəri “Ermənistan” bloku liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialları müxtəlif yerlərdə yayırlar:
Paşinyan və üç muşketyor: Seçkidən sonra mümkün ssenarilər – TƏHLİL

"Əldə etdiyimiz məlumata görə, bu biabırçı prosesi hökumətin icazəsilə Soros təşkilatları təşkil edib. Üstəlik, "Respublika" partiyasının afişaları açıq şəkildə qanun pozuntuları ilə yerləşdirilib.
Ermənistan tarixində hələ bu cür seçki pozuntusu olmamışdı, bütün beynəlxalq müşahidə missiyalarının diqqətini bu davam edən pozuntulara yönəldirik.
Ermənistan polisini bir neçə saat ərzində “Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialların təşkilatçılarını müəyyənləşdirməyə çağırırıq. Əks təqdirdə, bu prosesi hökumətin təşkil etdiyini və istiqamətləndirdiyini düşünəcəyik ”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti