"Avro-2020”: Fransa Macarıstanla bacarmadı

      "Avro-2020”:   Fransa Macarıstanla bacarmadı
  19 İyun 2021    Oxunub:1543
Futbol üzrə Avropa çempionatının F qrupunda ikinci tura start verilib.
Azvision.az xəbər verir ki, Fransa millisi Budapeştin "Puşkaş Arena"sında Macarıstanla heç-heçə oynayıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu macar futbolçu Attila Fiola vurub. İkinci hissədə fransızlar 66-cı dəqiqədə tarazlığı bərpa edə biliblər. Antuan Qrizmann qapıçının qaytardığı topu qapıdan keçirib.
Hazırda xallarını 4-ə çatdıran Fransa millisi liderdir. Macarıstan isə qrupda ilk xalını qazanıb.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər.

Azvision.az



Teqlər: Fransa   Macarıstan   Futbol  





Xəbər lenti