"İran ABŞ-la problemləri həll etməyə çalışmalıdır"- Əhmədinejat

   "İran ABŞ-la problemləri həll etməyə çalışmalıdır"-   Əhmədinejat
  19 İyun 2021    Oxunub:1380
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranı ABŞ-la problemləri həll etməyə çağırıb.
Azvision.az xəbər verir ki, o bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə bildirib. Sabiq prezidentin sözlərinə görə, ölkəsi problemləri həll etməyə çalışmalıdır, amma bunu zəif tərəf kimi etməməlidir.

"Dünya fürsətlərlə doludur. ABŞ-ın hökmranlıq siyasətindən asılı olmayaraq, onunla iş birliyinə hazır olan bir çox ölkə var. Mən demirəm ki, ABŞ ilə problemlər həll olunmamalıdır. Bu yalnız ədalət çərçivəsində, hörmət və beynəlxalq normalarla edilməlidir",-deyə o bildirib.

Tural Tağıyev

Azvision.az



Teqlər: İran   ABŞ   Problem  





Xəbər lenti