Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

  19 İyun 2021    Oxunub :732
Son sutkada vaksinasiya olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40709 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22837, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17872 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2956663, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1931642, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1025021 təşkil edir.



Azvision.az

Teqlər: Vaksin  






Xəbər lenti