Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı

Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı
  19 İyun 2021    Oxunub:1602
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu ərazisində aşkarlanıb.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində 1580 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az







Teqlər: Qarabağ   Erməni   Cəsəd  





Xəbər lenti