Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər

Tokio Olimpiadası tamaşaçısız keçirilə bilər
  19 İyun 2021    Oxunub:1138
Yaponiyada COVID-19 ilə bağlı hökumətə məsləhət verən ekspert heyəti olimpiadaların tamaşaçısız keçirilməsinin infeksiya riskini azaltmaq üçün ən münasib seçim olması barədə müraciət edib.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına bir neçə gün qalmış yapon mütəxəssisləri risk barədə xəbərdarlıq edib.

Virusla bağlı hökümətə məsləhət verən ekspert heyətinin rəhbəri Shigeru Omi oyunların tamaşaçı olmadan keçirilməsini təklif edib. O bildirib ki, vaksinasiya problemsiz davam etsə belə iyul və avqust aylarında infeksiya saylarında artım olacaq. O, yeni mutasiyaların yoluxma riskini artıra biləcəyini deyib.

Tokio Olimpiadaları Təşkilat Komitəsinin sədri Seiko Haşimoto yoluxma göstəricilərini izləməyə davam edəcəklərini qeyd  edib: "Vəziyyətlə bağlı tamaşaçı qəbulunu dayandırmağımız lazım ola biləcəyini nəzərə alaraq məlumatları təhlil etməyə davam edəcəyik."

Azvision.az


Teqlər: Tokio   Olimpiya  





Xəbər lenti