Kürdə batan 2 nəfərin meyiti aşkarlandı

Kürdə batan 2 nəfərin meyiti aşkarlandı
  19 İyun 2021    Oxunub:2429
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Kür çayının Yevlax şəhərindən keçən hissəsində nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Kür   FHN  





Xəbər lenti