Pyes müsabiqəsində yenilik

Pyes müsabiqəsində yenilik
  12 Mart 2014    Oxunub:1232
“Anamın Kitabı” Ədəbi Mükafatının təsisçisi olan Hədəf Nəşrləri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı arasında mükafat və pyes müsabiqəsi ilə bağlı müqavilə imzalanıb.
Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən müqavilə əsasında Gənc Tamaşaçılar Teatrı müsabiqənin təşkilatçıları sırasına qatılıb.

Bu il 21 fevral – Beynəlxalq Ana Dili günündə start götürmüş pyes müsabiqəsinin Təşkilat Komitəsi və Münsiflər Heyətində adıkeçən teatrın 2 nümayəndəsi iştirak edəcək, əsərlərin seçimində və dəyərləndirilməsində iştirak edəcəklər. Əsasnaməyə görə, müsabiqə yekunlaşana qədər Münsiflər Heyətinin üzvlərinin adları (heyətə sədrlik edən akademik İsa Həbibbəyli istisna olmaqla) ictimaiyyətə açıqlanmayacaq.

Müsabiqə 1 avqust – Azərbaycan dili və Əlifbası Günündə yekunlaşacaq, qalib əsər isə Gənc Tamaşaçılar Teatrının kollektivi tərəfində qısa müddətdə səhnələşdirilib, teatrın repertuarına daxil ediləcək.

Qeyd edək ki, yaşı 40-dan artıq olmayan müəlliflər mayın 1-nə qədər öz əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Təqdim olunan pyeslər aprelin 1-dən etibarən kitabevim.az saytında yayımlanacaq. Hazırda ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Builki müsabiqədə I yerin sahibinə 1000 manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq.


Teqlər:





Xəbər lenti