Rusiya Ermənistana 3,2 milyon dollarlıq yardım edəcək

 Rusiya Ermənistana 3,2 milyon dollarlıq yardım edəcək
  19 İyun 2021    Oxunub:1120
Rusiya Federasiyası hökuməti BMT İnkişaf Proqramını (BMTİP) Ermənistanın ən çox zərər çəkmiş bölgələrini münaqişədən sonrakı yenidənqurma işlərinə kömək məqsədi ilə maliyyələşdirəcəkdir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, bu məqsədlə büdcədən 3,2 milyon ABŞ dolları ayrılıb. Səfirlik qərarla bağlı artıq Ermənistan tərəfini rəsmi şəkildə məlumatlandırıb.

Açıqlamada vurğulanıb ki, Rusiya sistemli əsasda BMT strukturlarının Ermənistanın hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərinə maliyyə dəstəyi verir.

2010-cu ildən bəri səhiyyə, təhsil, sosial-iqtisadi inkişaf (kənd və sərhəd bölgələri daxil olmaqla), Ermənistan sənayesinin rəqabət qabiliyyətinin artırılması, ətraf mühitin qorunması, fövqəladə halların idarə olunması, enerji səmərəliliyi sahələrində layihələrin həyata keçirilməsində bu cür yardımların ümumi həcmi 70 milyon dollar təşkil edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ermənistan   Yardım  





Xəbər lenti