Qarabağda 13 307 əmlakın inventarlaşması tamamlanıb

 Qarabağda 13 307 əmlakın inventarlaşması tamamlanıb
  18 İyun 2021    Oxunub:1638
İşğaldan azad edilmiş ərazilərdə 10 483 daşınmaz əmlak və 2 824 infrastruktur obyekti olmaqla, 13 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, 1 525 km avtomobil yolunun, 292 km elektrik təchizatı xəttinin, 45 km qaz təchizatı və 19 km su təchizatı xəttinin, o cümlədən 249 km suvarma şəbəkəsinin inventarlaşdırma işləri başa çatıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti