Kişineu meri Azərbaycan səfirliyində olub

Kişineu meri Azərbaycan səfirliyində olub
  18 İyun 2021    Oxunub:784
Səfirliyin təmir-tikinti işləri yekunlaşmış yeni kompleksilə tanış olan İ.Çeban oradakı kiçik bağçada Ulu Öndər Heydər Əliyevin büstünün ucaldılması, Azərbaycan guşəsinin yaradılması və ölkəmizin dahi şəxsiyyətlərinə həsr edilmiş barelyeflərin quraşdırılmasının Kişineu şəhərinin gözəlliyinə töhfə verdiyini bildirib. Daha sonra o, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında müstəsna xidmətlərindən bəhs edərək, Səfirliyin qarşısında ucaldılmış ümummilli liderin büstü önünə gül dəstəsi qoyub.
Görüşdə İ.Çeban Azərbaycan-Moldova münasibətlərinin genişləndirilməsi çərçivəsində hər iki ölkənin paytaxtları arasında əməkdaşlıq müqaviləsinin imzalanması təşəbbüsünü ifadə edib. Bakıda bir neçə dəfə olduğunu qeyd edən Kişineu meri müasir binalarla, eləcə də tarixi tikililərlə zəngin paytaxtımızın gözəlliyindən təsirləndiyini, Bakının siyasi, iqtisadi, mədəniyyət və idman tədbirlərinin mərkəzinə çevrildiyini dilə gətirib. O, iki şəhər arasında təmasların dərinləşməsi məqsədilə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Eyni zamanda, görüşdə İ.Çeban tərəfindən azərbaycanlı həmkarının cari ilin 13-17 oktyabr tarixində Kişineu şəhərində keçiriləcək iqtisadi forum, Kişineu şəhəri günü və şərab festivalına dəvəti müzakirə edilib. O, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətinin tədbirlərə dəvət edilməsində maraqlı olduğunu dilə gətirib, rəsmi dəvət məktublarının yaxın gələcəkdə səfirliyimiz vasitəsilə ünvan sahiblərinə göndərilməsini xahiş edib.

Bundan əlavə, görüşdə iyul ayında Moldovadakı səfirliyimizin qarşısındakı bağçada dahi Azərbaycan şairi Nizami Gəncəvinin barelyefinin təntənəli açılışının keçirilməsi ilə bağlı razılığa gəlinib, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər: Moldova  





Xəbər lenti