Putin Təhlükəsizlik Şurasında Baydenlə görüşü müzakirə edib

Putin Təhlükəsizlik Şurasında Baydenlə görüşü müzakirə edib
  18 İyun 2021    Oxunub:1090
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclasda Cenevrədə keçirilən Rusiya -ABŞ zirvəsinin nəticələrini müzakirə edib.
Azvision.az bu barədə "TASS"a istinadla xəbər verir.

"Bizim işgüzar və planlı qaydada müzakirə etməli olduğumuz bir sıra məsələlər və bir neçə aktual mövzular var. Ancaq iclasa Cenevrədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenlə görüşün nəticələrini təhlil etməklə başlamağı təklif edirəm", - Putin deyib.

Qeyd edək ki, Putin və Bayden cari il iyunun 16-da Cenevrədə görüşüblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin  





Xəbər lenti