"Sinovak" vurduranlar Almaniyaya buraxılmayacaq

 "Sinovak" vurduranlar  Almaniyaya buraxılmayacaq
  18 İyun 2021    Oxunub:2912
Almaniya iyunun 25-dən etibarən Avropa İttifaqına üzv olmayan dövlətlərin vətəndaşlarının ölkəyə girişinə icazə verəcək.
Azvision.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir. Məlumata görə, ölkəyə tam peyvənd kursu keçmiş vətəndaşlar daxil ola biləcəklər.

Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb ki, COVİD sertifikatları Aİ-də qəbul edilmiş "BioNTech", "Moderna", "AstraZeneca" və "Johnson and Johnson" vaksinləri ilə peyvəndləməni immunitetin mövcudluğunun təsdiqi kimi qəbul edəcək. Bu qayda səfərin məqsədindən asılı olmayaraq, bütün səyahət edənlərə şamil olunacaq.

Xatırladaq ki, Almaniyada virusa yoluxma azaldığı üçün belə bir addım atılıb. Ölkədə son sutkada koronavirusa 1 076 yeni yoluxma qeydə alınıb, ümumi aşkar edilmiş halların sayı 3 720 031 nəfərə çatıb. Son 24 saatda virusdan 91 ölüb. Epidemiya qurbanlarının ümumi sayı 90 270 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti