Ruhani prezident seçkilərində səs verdi

  18 İyun 2021    Oxunub :427
Ruhani prezident seçkilərində səs verdi
İranın hazırkı dövlət başçısı Həsən Ruhani ölkədə keçirilən prezident seçkilərində səs verib.
Azvision.az bu barədə İSNA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Ruhani Daxili İşlər Nazirliyinin seçki məntəqəsində səs verib.

İranda bu gün növbəti prezident seçkiləri keçirilir. Prezidentliyə dörd namizəd var. Əvvəlcə bu vəzifə uğrunda yeddi namizəd mübarizə aparırdı, lakin onlardan üçü namizədliyini geri götürdü. Prezidentlik kürsüsü uğrunda İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - "Sepah"ın sabiq komandanı Möhsün Rezai və İran parlamenti sədrinin müavini Hüseyni Qazizadə Haşimi, habelə islahatçı və İran Mərkəzi Bankının keçmiş rəhbəri Abdulnaser Hemmati mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 7.00-da açılıb. 18 yaşdan yuxarı hər bir İran vətəndaşı səs verə bilər. İndi ölkədə 59,3 milyon seçici qeydə alınıb. Qalib gəlmək üçün bir namizəd ən azı 50%-dən yuxarı səs toplamalıdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Seçki  






Xəbər lenti