Paşinyanın mitinqinə getməyi qadağan edən direktor tutuldu

  18 İyun 2021    Oxunub :514
 Paşinyanın mitinqinə getməyi qadağan edən direktor tutuldu
Ermənistanda Gorus Mədəniyyət Evinin direktoru işçilərinin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mitinqində iştirakını qadağan etdiyi üçün polis tərəfindən saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb. 15 iyunda Mədəniyyət Evinin işçilərindən biri yerli polis idarəsinə müraciət edərək dövlət qurumunun direktorunun onun Paşinyanın seçkiqabağı mitinqinə getməsini qadağan etdiyini söyləyib. Bildirib ki, direktor onu işdən çıxarmaqla hədələyib.

Mövcud materiallara əsasən, Gorus polis idarəsi seçki hüquqlarının həyata keçirilməsinə qoyulan qadağa səbəbi ilə cinayət işi açıb. 17 iyun tarixində direktor saxlanılıb, ilkin istintaq davam edir.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərdə 21 partiya və 4 blok iştirak edəcəkdir. Əsas rəqiblər baş nazir vəzifəssini icra edən Nikol Paşinyanla "Ermənistan" seçki blokuna rəhbərlik edən sabiq prezident Robert Koçaryandır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gorus  






Xəbər lenti