Dövlət xətti ilə kirayə verilən evlərin sayı açıqlandı

Dövlət xətti ilə kirayə verilən evlərin sayı açıqlandı
  18 İyun 2021    Oxunub:1818
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 34 251 borcalana 1 826,711 milyon manat məbləğində ipoteka krediti verib.
Azvision.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 852 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Azvision.az



Teqlər: Kredit   Ev  





Xəbər lenti