Bu gün İran xalqı 13-cü prezidentini seçir
Rəsmi məlumata görə, İranda 59 milyondan çox seçici var. Bu il 1 milyon 400 min nəfər səsvermədə ilk dəfə iştirak edəcək. Bir sıra xarici ölkələrdə də seçki məntəqələri yaradılıb. İrandan kənarda yaşayan 3,5 milyon seçici ölkə xaricində səs verəcək.
Prezidentlik postu uğrunda 4 namizəd mübarizə aparır - Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi və Mərkəzi Bankın sabiq direktoru Əbdünnasir Himməti.
Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir. Namizədlər bərabər səs toplasalar, seçkilərin ikinci turu keçiriləcək.
Azvision.az