Türkiyədə koronavirusdan daha 62 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 62 nəfər ölüb
  17 İyun 2021    Oxunub:1730
Türkiyədə son sutka ərzində 62 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5904 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 354 min 153, pandemiya qurbanlarının sayı isə 49 min 12 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 219 min 797 pasiyent (son sutkada 4143 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti