Rusiyada virusdan ölənlərin sayı artır

Rusiyada virusdan ölənlərin sayı artır
  17 İyun 2021    Oxunub:1138
Rusiyada son sutka ərzində koronavirusa 14 057 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 264 047 nəfərə çatıb.

Rusiyada son bir gündə 416 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 127 992 nəfərdir. İndiyədək 4 839 705 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti