Şərurda yük maşını divara çırpılıb, 3 nəfər ölüb

  17 İyun 2021    Oxunub :418
Şərurda yük maşını divara çırpılıb, 3 nəfər ölüb
Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü və 2 sərnişini orada ölüb. Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN  






Xəbər lenti