Tramp Ohayoda böyük mitinq keçirəcək

Tramp Ohayoda böyük mitinq keçirəcək
  17 İyun 2021    Oxunub:1027
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatında tərəfdarlarının iştirakı ilə böyük mitinq keçirməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının keçmiş rəhbərinin adından yayılan bəyanatda deyilir. Bu, Trampın Ağ evdən gedişindən sonra ilk genişmiqyaslı tədbiri olacaq.

"ABŞ-ın 45-ci prezidenti Donald Tramp 26 iyunda Ohayo ştatının Vellinqton şəhərində böyük mitinq keçirəcək", - məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp   Mitinq  





Xəbər lenti