Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət
  17 İyun 2021    Oxunub:752
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 177 milyon 815 min 697 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 848 min 934 nəfərdir. İndiyədək 162 milyon 322 min 908 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 365 985 nəfər virusa yoluxub, 616 150 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 700 313 nəfərdə virus aşkar edilib. Xəstələrdən 381 931 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 629 714 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 493 837 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 747 647 yoluxma, 110 578 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 348 249 nəfər virusa yoluxub ki, onlardan 48 950-si dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti