“Nüvə müharibəsində qalib ola bilməz” - ABŞ və Rusiya razılaşdı

   “Nüvə müharibəsində qalib ola bilməz” -    ABŞ və Rusiya razılaşdı
  16 İyun 2021    Oxunub:1017
Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatları "nüvə müharibəsində qalib ola bilməz" prinsipinə sadiq qaldıqlarını dəstəkləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu gün Cenevrədəki “Villa la Grange“ malikanəsində ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib. Dövlət başçıları ilk olaraq məhdud çərçivədə yalnız xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar aparıblar.

Görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam edib.

Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti