AVRO-2020: Türkiyə Uelsə uduzdu - YENİLƏNİB

  AVRO-2020:  Türkiyə Uelsə uduzdu -  YENİLƏNİB
  16 İyun 2021    Oxunub:2715
“AVRO-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, Türkiyə millisinin heyətində meydana Uğurcan Çakır, Umut Meraş, Çağlar Söyüncü, Kaan Ayhan, Zeki Çelik, Okan Yokuşlu, Uzan Tufan, Hakan Çalhanoğlu, Cengiz Ünder, Kenan Karaman və Burak Yılmaz (k) çıxıblar.



Uels yığmasının start heyətində Danni Uord, Ben Deyvis, Co Rodon, Kris Mefam, Konnor Roberts, Konnor Roberts, Co Allen, Co Morrel, Daniel Ceyms, Aaron Remsi, Qaret Beyl (k) və Kieffer Mur yer alıblar.



Qarşılaşmanın baş hakimi portuqaliyalı Artur Diaş olub. Ona həmyerliləri Rui Taveres və Paulu Suareş kömək ediblər. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirir. Videonəzarət sistemi (VAR) üzrə hakim isə portuqaliyalı Joau Pineyrodur.



***

43-cü dəqiqədə Uels millisi hesabı açıb. Matçda ilk qola Aaron Remsi imza atıb. Görüşün ilk hissəsi bu hesabla yekunlaşıb.

***
Qarşılaşmanın ikinci hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Türkiyə yığması ardıcıl hücumlara baxmayaraq, hesabı bərabərləşdirə bilməyib.

Matçın əlavə dəqiqələrində Uels yığması daha bir qol vurub. Beləliklə, Bakıda keçirilən görüş Uels komandasının 2:0 hesablı qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub.

Azvision.az


Teqlər: Türkiyə   Uels   Bakı  





Xəbər lenti