Putin-Bayden görüşü başa çatdı - VİDEO (YENİLƏNİB)

 Putin-Bayden görüşü başa çatdı -  VİDEO (YENİLƏNİB)
  16 İyun 2021    Oxunub:2350
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında görüş başa çatıb.
Azvision.az xəbər verir ki, danışıqların birinci hissəsi prezidentlər və Rusiya XİN başçısı Sergey Lavrov, ABŞ Dövlət katibi Entonio Blinkenin iştirakı ilə keçirilib.

“La Qranj” malikanəsində təşkil olunan görüş daha sonra geniş tərkibdə, Rusiya və ABŞ prezidentlərinin köməkçiləri, səfirlər və hərbçilərin iştirakı ilə davam edib.

Moskva vaxtı ilə saat 18:05-də Putin-Bayden danışıqları başa çatıb.

Görüşün yekunları ilə bağlı Rusiya və ABŞ prezidentlərinin mətbuat konfransı keçirməsi gözlənilir.



***
(15:30)

İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında görüş keçirilib.

Azvision.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Görüş məhdud formatda baş tutub. Təkbətək görüşdən sonra danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Prezidentlərin sammiti üçün təxminən beş saat vaxt nəzərdə tutulub.

Məlumata görə, liderlər ikitərəfli münasibətlərin vəziyyəti və gələcək inkişaf perspektivlərini, strateji sabitlik, Qarabağ da daxil olmaqla beynəlxalq gündəmdəki aktual məsələləri, pandemiyaya qarşı mübarizə, regional münaqişələri müzakirə ediblər.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: VladimirPutin   CoBayden  





Xəbər lenti