Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar

  14 İyun 2021    Oxunub :557
Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar
"AVRO-2020"nin A qrupunda mübarizə aparan, iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə qarşılaşacaq Uels yığmasının üzvləri şəhər gəzintisinə çıxıblar.
Azvision.az xəbər verir ki, gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib, uelsli futbolçular paytaxtımızın simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.

Uels Futbol Assosiasiyası gəzinti ilə bağlı sosial media hesablarında paylaşım edib.

Azvision.az

Teqlər: AFFA  






Xəbər lenti