“Faydalı və səmimi görüş oldu” - Ərdoğan və Baydendən ilk açıqlama

  14 İyun 2021    Oxunub :683
    “Faydalı və səmimi görüş oldu” -    Ərdoğan və Baydendən ilk açıqlama
“Prezident Ərdoğanla çox yaxşı bir görüşümüz oldu”.
Azvision.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı mətbuata açıqlamasında deyib.

Ardınca Ərdoğan da görüş barədə təəssüratlarını bölüşüb: "Strateji səviyyədə fikir mübadiləsi oldu. Faydalı və səmimi görüş idi. Hər sahədə səmərəli əməkdaşlıq məsələsində güclü iradə görürük".

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında görüş keçirilib. Mətbuata qapalı keçirilən təkbətək görüşdə bir sıra aktual mövzular müzakirə olunub. Müzakirələr 45 dəqiqə davam edib.

Azvision.az

Teqlər: Ərdoğan   Bayden  






Xəbər lenti