"Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq" - Nazir

   "Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq" -    Nazir
  14 İyun 2021    Oxunub:1662
Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

M.Cabbarov qeyd edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Azvision.az


Teqlər: Nazir   İqtisadiyyat   Mikayıl-Cabbarov  





Xəbər lenti