Bakıda mənşəyi məlum olmayan 260 kq ət aşkarlanıb

  14 İyun 2021    Oxunub :606
Bakıda mənşəyi məlum olmayan 260 kq ət aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Suraxanı rayonu, Əmircan qəsəbəsi, T. Bağırov küçəsində qanunsuz fəaliyyət göstərən ət emalı sexində reyd keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, reyd zamanı Novruzov Eyvaz Əli oğlu tərəfindən ümumi sahəsi 6 sot hasarlanmış ərazidə iki otaqdan ibarət olan və antisanitar şəraitdə mal başlarının emalı və ətin sümükdən ayrılması prosesinin həyata keçirildiyi məlum olub. Araşdırma zamanı emal sahəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə emal olunmuş və satışa təqdim edilməsi nəzərdə tutulan ümumi çəkisi 260 kq heyvan cəmdəyi hissələri (baş, ayaq və qarın) aşkar edilib.

Eyni zamanda sözügedən məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Ət  






Xəbər lenti