Zambiya prezidenti hərbi paradda huşunu itirdi

  14 İyun 2021    Oxunub :509
Zambiya prezidenti hərbi paradda huşunu itirdi
Zambiya Prezidenti Edqar Lunqu paytaxt Lusakada keçirilən Silahlı Qüvvələr gününə həsr olunmuş hərbi parad zamanı huşunu itirib.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının ofisindən bildirilib.

"Tədbirdə iştirak edən Prezident Edqar Lunqu qəfil başgicəllənmə hiss etdi. O, az sonra özünə gəldi və hökumət avtomobilində iqamətgaha qayıtdı. Prezident özünü yaxşı hiss edir və rəhbər kimi fəaliyyətini davam etdirir", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Zambiya   Prezident  






Xəbər lenti