Ermənistanda demoqrafik böhran: 1,7 milyon nəfər ölkəni tərk edib

 Ermənistanda demoqrafik böhran:  1,7 milyon nəfər ölkəni tərk edib
  14 İyun 2021    Oxunub:1729
“Ermənistanı 30 illik müstəqillik dövründə 1,6-1,7 milyon insan və ya əhalinin 30% -i tərk edib”.

Azvision.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Şuranın Miqrasiya məsələləri üzrə Komissiyasının sədri, ekspert Qaqik Yeqanyan bildirib.
Miqrasiya məsələləri üzrə ekspert vurğulayıb ki, ölkəni tərk edənlərin 1,1-1,2 milyonu Rusiyaya, 150 mini ABŞ-a, 120-150 mini Avropaya, digərləri MDB-nin müxtəlif ölkələrinə və digər dövlətlərə köçüb.

“Kütləvi mühacirət 1992-1994-cü illərdə qeydə alınıb. Son 3 il ərzində təxminən 600 000 vətəndaş və ya o dövrdə əhalinin 16% -i Ermənistanı geri dönməmək şərti ilə tərk edib. 1995-2001-ci illər ərzində Ermənistandan təqribən 250 000 nəfər, ildə orta hesabla 40-45 min insan mühacirət edib”.

Onun sözlərinə görə, 2002-2007-ci illərdə ölkəni tərk edənlərin sayı ildə 25-27 min nəfər təşkil etsə də, 2016-18-ci illərdə bu rəqəm 35-40 min nəfər olub:

“Maraqlıdır ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanda əhalinin sayı 3 574 500 nəfər idi. Buradan 30 ildə mühacirət edən 1,6-1,7 milyonu çıxsaq, Ermənistanın əhalisi 1,8-1,9 milyon nəfər olmalı idi. Bu arada, rəsmi statistikaya görə, 1 yanvar 2020-ci il tarixinə (bu son rəsmi məlumatdır), Ermənistan əhalisi 2 961 900 nəfərdir. Əgər 1980-ci illərdə Ermənistanda hər il 90 min uşaq dünyaya gəlirdisə, son illərdə 10-12 min uşaq dünyaya gəlir”.

Azvision.az


Teqlər: Ermənistan   Miqrasiya  





Xəbər lenti