Neft qiymətləri bahalaşır

  14 İyun 2021    Oxunub :477
Neft qiymətləri bahalaşır
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar artaraq 73,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,38 dollar bahalaşaraq 71,27 dollar olub.

Azvision.az

Teqlər: Neft   Birja  






Xəbər lenti