Bayden Suriyanı Liviya ilə dəyişik saldı

 Bayden Suriyanı Liviya ilə dəyişik saldı
  14 İyun 2021    Oxunub:1279
Amerika Prezidenti Co Bayden Suriyanı Liviya ilə dəyişik salıb.
Azvision.az xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərin sualını cavablandırarkən bunu etiraf edib.

Daha əvvəl Baydenin Britaniyada G7 zirvəsindəki çıxışının videosu yayılıb. Ağ Ev rəhbəri Vaşinqton və Moskvanın bir çox sahədə birlikdə işləyə biləcəyini söyləyib.

"Biz Rusiya ilə birlikdə işləyə bilərik. Məsələn ... Liviyada", - Bayden deyib.

Sallivandan jurnalistlər Prezidentin dediklərinə aydınlıq gətirməsini istəyiblər. O isə Baydenin Suriyanı nəzərdə tutduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  





Xəbər lenti