Xızıda narkotacir saxlanıldı

Xızıda narkotacir saxlanıldı
  14 İyun 2021    Oxunub:1098
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Sitalçay qəsəbə sakini Mansur Muqbilov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun qəsəbə ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan 3 kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Xızı   Polis  





Xəbər lenti